Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə qaldıraraq büdcə planlarını təsdiqləyib. Gundem.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat verib. Məlumata görə, ölkə büdcəsinin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb. Müdafiəyə ayrılan məbləğ 13,5 trilyon rubl (145 milyard dollardan çox) təşkil edir.
Xatırladaq ki, 2024-cü ildə Rusiyanın müdafiə qabiliyyətinə ayılan vəsait büdcənin 28,3% təşkil etmişdi