Amerika statistik məlumat açıqlayanda...
Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdəki müharibələr neft qiymətlərinə kəskin təsir göstərir. 1973-cü ildə Ərəb-İsrail müharibəsi dövründə neft dəfələrlə bahalaşdı, 1990-cı ildə Fars körfəzindəki müharibə neft qiymətlərini 240 faiz, 2003-cü ildə İraqdakı müharibə 45 faiz, 2011-ci ildə Liviyadakı müharibə isə 40 faiz bahalaşdırdı. Lakin az sonra qiymətlər yenidən əvvəlki məcarına qayıtdı.

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərq regionunda həmişə vəziyyət gərgindir: “Orada münaqişələr daha çox olur, müxtəlif hərbi silahlı qruplaşmalar arasında toqquşmalar baş verir. İsrail-Fələstin müharibəsi uzun müddətdir ki, davam edir və həll olunmayan bir məsələyə çevrilib. Bütün bunların da hamısının kökündə duran səbəb yaxın Şərq regionunun təbii resurslarla zəngin olmasıdır. Neftlə, qazla bu regionun dünyada ən çox ehtiyatlara malik olması və bunun üzərində böyük dövlətlərin inkişaf etmiş ölkələrin apardığı mübarizədir”.

İqtisadçı qeyd edib ki, bu vəziyyət ta o vaxta qədər davam edəcək ki, neft və qazın yəni ənənəvi enerji resurslarının dünya iqtisadiyyatı üçün əhəmiyyətli, yəni enerji istehlakçı baxımından hüquqi alternativ enerji mənbələrinin lazım olan səviyyədə inkişafı nəticəsində azalsın və artıq neftə və qaza dünyada enerjiyə olan təlabat sarıdan ehtiyac olmasın.

“Belə bir vəziyyətin ortaya çıxması, yaranması 2050-ci ildən tez mümkün deyil. Bəlkə bir qədər də çox… Düzdür, indi dəb halını alıb, bütün müzakirələr bütün toplantılar, bütün danışıqlar tədbirlər hamısı alternativ enerji mənbələrindən və yaşıl iqtisadiyyatdan gedir. Sanki artıq neft və qaza təlabat 1-2 ilə şərtsiz şəkildə azalacaq, nəbilim elektromobillər istehsal olunur. Avropa ölkələri və digərləri qarşıya məqsəd qoyub ki, 2035-ci ilə qədər artıq ənənəvi yanacaq növü ilə işləyən avtomobillər olmayacaq və s. Bunlar hamısı boş söhbətlərdir. Neftə və qaza təlabat ən azı 2050-ci ilə qədər davam edəcək. Bu da o deməkdir ki, dünyada, Yaxın Şərqdə münaqişələr, silahlı toqquşmalar hələ bundan sonra davam edəcək və bu regionda problemlərin sayı səngiməyəcək”-deyən iqtisadçı hesab edir ki, nəticədə neftin və qazın qiymətləri daima rəqs edəcək, aşağı-yuxarı hədsiz bahalaşacaq. Gah da hədsiz ucuzlaşmanın baş verməsi halları qeydə alınacaq.

“Məsələn; son illər ərzində neftin qiyməti 100 dollardan aşağıdadır. 100 dollardan yuxarı neftin qiymətləri son illər ərzində qeydə alınmır. Yəni əslində vəziyyət normal xarakter daşımalı olsa neftin, qazın qiymətinin tələb və təklifin nisbəti müəyyən edilməlidir.

Amma birdə görürsən ki, hansısa siyasi hadisə, hətta adi bir neft ölkəsinin - misal, Səudiyyə Ərəbistanının hər hansı bir dövlət nümayəndəsinin bu və ya digər fikri və yaxud da ki, Amerikada neft ehtiyatlarının hansısa statistik rəqəmlərinin açıqlanması və yaxud da ki, Yaxın Şərq də hərbi münaqişənin, yəni kiçik bir toqquşmanın baş verməsi neftin qiymətinə dərhal təsir edir”-deyən iqtisadçı bildirib ki, iqtisadi faktorlar qalır kənarda, amma biri digərinə bir balaca raket atan kimi və yaxud da hər-hansı bir bombalanma və ya qısa müddətli hadisə baş verən kimi dərhal neftin qiymətləri oynayır.

Pərviz Heydərov vurğulayıb ki, Azərbaycan da neft ölkəsi olduğu üçün bizə də təsir göstərir. Azərbaycan Səudiyyə Ərəbistanı kimi Yaxın Şərqdəki digər ölkələrlə və Rusiya ilə müqayisədə, Liviya ilə müqayisədə o qədər də çox neft ixrac etmir.

“Əksinə, son zamnalar bizdə hasilat aşağı endiyinə görə ixrac da azalır. Amma bütünlükdə həm iri neft ixracatçıları üçün, həm də ölkəmiz üçün neftin dünya bazar qiymətlərinin 60 dollardan yuxarı qalxması qənaətbəxş sayılır. Biz –“OPEC+” ölkələrinin də yeritdiyi siyasətin, yürütdüyü mövqenin məhz buna xidmət etdiyini görürük. Ölkəmiz üçün də gələn il üçün 70 dollar götürülüb. Əgər qiymətlər ondan yuxarı olarsa, hər hansı bir müharibə şəraitində Azərbaycana faydası olur. Amma aşağı olarsa bu uzun müddətli bir intervalda ölkə iqtisadiyyatı üçün mənfi fəsadlar ortaya çıxara bilər”-deyə iqtisadçı əlavə edib.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti