Nazirlik tender keçirmədən 9 ədəd xalça alır – Biri 22 min manatdan
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC fiziki şəxs Əliyev Namiq Nadir oğlu (VÖEN – 1703815952) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
“Əsaslı Tikinti və Təchizat” MMC Azərbaycan Milli Xalça Muzeyinin “Xovlu-xovsuz xalça” kolleksiyasının zənginləşdirilməsi məqsədilə Namiq Əliyevdən bir ədəd xovsuz, səkkiz ədəd xovlu xalça satın alacaq və qarşılığında 195 min manat ödəyəcək. Məlumatlardan da göründyü kimi 1 ədəd xalça 21,6 min manata satın alınacaq.
Qeyd edək ki, satınalmanın hansı səbəbdən müsabiqə keçirilmədən bir mənbədən satınalma metodu əsasında həyata keçirildiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, xovlu və xovsuz xalçaların satın alınmasının yuxarıda göstərilən hallardan hansına aid edildiyi aydın deyil.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti