Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi növbəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan və KFC restoranlar şəbəkəsini idarə edən “B.J.R. Foods Limited” şirkəti 2023-cü ili 629 min 446 funt-sterlinq (1,4 milyon manat) zərərlə başa vurub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1727868918_2.png
Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.
Anar Məmmədov “B.J.R. Foods Limited” şirkətinin səhmlərinə sahib olduqdan sonra şirkət zərərlə işləməyə başlayıb. Bekə ki, “B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurduğu halda, 2022-ci ildə xalis zərəri 1 milyon 182 min 13 funt-sterlinq olub.
Onu da bildirək ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərfləri əsasında yaradılıb.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti