“10 ədəd siqaret üçün olan artım 7 qəpikdir. Bir ədədinə hesablasaq, 0.7 qəpik düşür. Bir qutuda 20 ədəd siqaret olduğunu nəzərə alsaq, bir qutuya artım 14 qəpikdir”.
Bunu bir sıra tütün məhsulları üçün aksiz dərəcələrinin artımını oxu.az-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Ekspert siqarlarla bağlı vəziyyətin başqa cür olduğunu qeyd edib:
“Siqarlarda bir ədədə görə artım 0.25 qəpikdir. 10 ədədlik qutunun artım qiyməti 2 qəpik yarım təşkil edir. Ona görə də siqarların qiymətində ciddi bir artım olmayacaq, amma siqaretin qiymətində 15-20 qəpik artım gözlənilir.
Birdəfəlik istifadə olunan elektron siqaretlər, qəlyan və onların əvəzedicilərindəki artımlar daha ciddidir.
Belə ki, onların aksiz dərəcəsi səkkiz dəfəyə qədər artırılıb. Onların qiymətində ən azı 2 manatlıq artım gözlənilə bilər”.