Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,77% bahalanıb. Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 22 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2001-ci ildə bundan yüksək (68,5%) olub. Ən yüksək bahalanma restoran və otel xidmətlərində qeydə alınıb – 93,24%. Bundan başqa təhsil xidmətləri 82%, səhiyyə xidmətləri 79,6%, nəqliyyat xidmətləri 77%, qida və içkilər 72%, ev əşyaları 58,46%, bahalanıb. Ən az artım mənzillərin qiymətlərində qeydə alınıb. Mənzillərin qiyməti son bir ildə 40,4% artıb. Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır.