Bu il manatın məzənnəsi dəyişə bilərmi?
Azərbaycanda son 10 ildə ABŞ dollarına tələbat hər ilin sonu artır, iqtisadçılar bunu, əsasən,
ilsonu ödəmələri ilə izah edirlər. Amma bununla belə, Azərbaycanda 2017-ci ilin martından
manatın məzənnəsi dəyişmir – 1 dollar 1 manat 70 qəpik olaraq qalır. Baxmayaraq ki, Mərkəzi
Bank (AMB) hələ 2015-ci il dekabrın 21-dən (həmin il ikinci devalvasiyadan) sonra üzən
məzənnəyə keçidi elan edib. Lakin bu proses reallıqda heç iki il də çəkməyib.
Neft hasilatının azalması və işğaldan azad olunmuş bölgələrin bərpasının xərc tələb etməsi
fonunda manatın məzənnəsində 2024-cü ildə ciddi dəyişiklik ola bilərmi? Bu suala AMB-dən
cavab almaq mümkün olmayıb.
Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vüqar
Bayramov deyir ki, bu il də manatın məzənnəsi neftin qiymətindən asılı olacaq: “Mərkəzi Bank
2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədin təhlili göstərir
ki, 2024-cü ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi, neftin
qiymətindən asılı olacaq… Mərkəzi Bankın valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini
bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta
ehtiyatlarımızdan istifadə oluna bilər”.
İqtisadçı Natiq Cəfərlinin də fikrincə, 2024-cü ildə manatın məzənnəsi bircə faktordan asılı
olacaq: “Həmişəki kimi, məzənnə neftin qiymətindən asılı olacaq. Neftin qiyməti indiki səviyyədə
– 80 dollar həddində qalacaqsa, manata heç bir təhlükə yoxdur”.
O vurğulayır ki, bu il üçün hökumət büdcənin bütün parametrlərini 1 dollara görə 1.7 manat
məzənnə ilə hesablayıb: “Yəni, hökumətin, məncə, bu il məzənnə dəyişikliyinə getmək fikri
yoxdur. Amma fövqəladə bir şeylər baş versə, məsələn, neftin qiyməti kəskin 40-50 dollara
düşsə və bir neçə ay elə həmin qiymətlər qalsa, o zaman hökumət devalvasiya ilə bağlı
düşünməyə və müəyyən addımlar atmağa məcbur qalacaq”, –
iqtisadçı https://d3iybxy1u9orum.cloudfront.net/a/dollar-manat-mezenne/32756187.htmlAzadlıqRadiosuna proqnozunu bölüşür
pressklub
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti