Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır:
Noyabrın 23-də paytaxtımızın “Dərnəgül” kimi tanınan ərazisində - Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğın baş verdi. “Report” xəbər verir ki, taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmadı. Nəticədə yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxardı.

Buraya qədər hər şey aydındır. Qaranlıq qalan məqam isə odur ki, bəs elektrik şəbəkələrinin mühafizə zonasına niyə riayət olunmur?!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.

Nazirlər Kabinetinin Qaydaları dövlət arxivlərində tozlanmaq üçün yox, onlara riayət olunmaq üçün qəbul olunur. Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.

Qeyd olunan faktlar acı həqiqətdir, lakin ən acısı yüzlərlə kiçik sahibkarın ailəsini dolandırmaq üçün min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi irili-xırdalı obyektlərin yanıb kül olmasıdır. Əlbəttə, bu hadisənin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Amma “Dərnəgül yanğını” təkcə kiçik sahibkarların biznesini batırmayıb, ölkəmizin də adını batırmağa doğru gedir. Söhbət Azərbaycanın strateji əhəmiyyətli sənaye müəssisələrinin elektrik enerjisi təminatı dayandırıldığı üçün fəaliyyətlərini də dayandırmaq məcburiyyətində qalmalarından gedir. Məsələn, ölkəmizin ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Dörd gün sizə az gəlməsin, bu miqyasda bir müəssisə üçün çalışmadığı gün yox, hətta saat belə dövlətin polad sütununa vurulan zərbədir. “Baku Steel Company” QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.

Elektrik şəbəkəsinin mühafizə zonasının qaydalarını heçə sayan rəsmi qurumlar nə vaxta kimi hərc-mərcliklə məşğul olacaq?! Nə vaxta kimi öz şəxsi maraqlarını düşünüb, Azərbaycanın prioritet maraqlarına zərbə dəyməsinə vəsilə olacaqlar?! Suallar çoxdur, cavab isə ölkəmizin strateji sənaye müəssisələrinin hələ də qaranlığa və sükuta qərq olması ilə nəticələnən rəsmi qurumların fəaliyyətsizliyi, ya da ki özfəaliyyətidir.
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?
15 Noyabr 2024 Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
14 Noyabr 2024 Azərbaycan o qədər böyük, hətta deyərdim, lüzumsuz maliyyə ehtiyatları yaratmışdır ki, bundan sonra beş il heç bir məhsul ixrac etməsə belə,

Dünyapress TV

Xəbər lenti