Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun? – Qanunlara dəyşikliklər tövsiyəsi hazırlanıb (FOTOLAR)
Oktyabrın 30-da “Konstitusiya” Araşdırmalar Fondu (KAF) tərəfindən “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələr Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Fondun icra etdiyi “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ədliyyə, Maliyyə, İqtisadiyat nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, İctimai şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox QHT təmsilçisi iştirak edib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev layihə haqqında məlumat verərək vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən vəzifəli şəxslər tərəfindən təqdim olunacaq gəlir bəyannamələrinin forması layihəsi, həmçinin qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyələr hazırlanıb.

Layihənin ictimai əsaslarla eksperti Zaur İbrahimli maliyyə xarakterli məlumatların təqdim edilməsi forması layihəsini, təqdim olunma mexanizmi ilə əlaqədar qabacıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyələrini diqqətə çatdırıblar. Ə.Nuriyev müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib.

Ə.Nuriyev dövlət orqanları ilə QHT ekspertlərinin bu mövzuda ekspert müzakirələrinin təşkil edilməsiylə bağlı təkliflərin həyata keçirilməsi üçün səy göstəriləcəyini də açıqlayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1698693003_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1698693013_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1698693023_3.jpg
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti