Azərbaycanda ətin bahalaşmasında "ərəb barmağı" - İDDİA
Qışda ətin daha da bahalaşacağına dair məlumatlar yayılıb. İddia olunur ki, qiymət artımına səbəb ölkəmizdən kifayət qədər iri və xırdabuynuzlu mal-qaranın ərəb ölkələrinə satılmasıdır.
Ətin bahalaşmasının əsl səbəbi nədir?
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda ətin qiymətinin bahalaşmasının səbəbləri çoxdur. Azərbaycandan mal-qaranın alınıb xarici ölkələrə aparılması qiymətə çox cüzi təsir edə bilər. Onun sözlərinə görə, əsas səbəb yem bazasının bahalaşmasıdır:
"Azərbaycana xaricdən mal-qara idxalı xeyli artıb. Gürcüstandan diri xırdabuynuzlu mal-qara alınaraq Azərbaycana gətirilir. Bahalaşmanın əsas səbəbi yem bazasının bahalaşması və yemin azalmasıdır. Örüş yerlərinin azalması da, buna təsir göstərir. Daha bir amil isə mal-qara istehsalçılarının özlərinin xərclərinin artmasıdır. Nəzərə almaq lazımdır ki, mal -qara saxlayan fermerlər özləri də istehlakçıdır. Azərbaycanda digər məhsulların və xidmətlərin qiyməti bahalaşdıqda onlar da məcburdurlar ki, saxladıqları heyvanın satış qiymətini artırsınlar. Ona görə də, ətin qiyməti digər məhsullar bahalaşdıqca bahalaşır".
N.Cəfərli onu da vurğulayıb ki, qışda ətə təlabatın artması səbəbindən qış aylarında ətin qiyməti yay aylarına nisbətən baha olur. Bu il də bu bahalaşma gözləniləndir.
Azərbaycana mal-qara idxalı artıb
Qiymət artımına səbəblərdən biri kimi iri və xırdabuynuzlu mal-qaranın ərəb ölkələrinə satılması iddia edilsə də, bu rəsmi statistika ilə öz təsdiqini tapmır. Dövlət Statistika Komitəsinin açıqladığı statistikaya görə, Azərbaycandan ərəb ölkələrinə xırda və iribuynuzlu heyvan demək olar ki, ixrac edilmir. Amma ümumilikdə ölkədə ət istehsalının və idxalının artması ətə olan tələbatın yüksəldiyini göstərir.
DSK-nın məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə diri çəkidə 327 min ton ət istehsal edilib ki, bu da illik müqayisədə 3,1 faiz çoxdur. Həmin dövrdə xaricdən Azərbaycana ümumilikdə 46 milyon 941 min dollar dəyərində 24 min 282 ton ət gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3 faiz, dəyər baxımından isə 18 faiz çoxdur. Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik ifadədə 4, 42 milyon dollar və ya 47%, həcmi isə 281 ton və ya 7,6% artıb.
Rusiyadan idxal daha sərfəlidir
Dağıstan Respublikası Hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov da mətbuata açıqlamasında bildirib ki, bu il 10 min başa yaxın iribuynuzlu mal-qara ixrac edilib və əsasən Azərbaycan, Gürcüstan, İran və Özbəkistana göndərilib. 2023-cü ilin birinci yarısında Rusiyadan Azərbaycana 3 milyon 793 min dollar dəyərində 47 min 636 baş diri qoyun idxal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyadan diri qoyunların idxalı say baxımından 5 dəfəyə yaxın, dəyər baxımından 4,8 dəfə artıb. Rusiyadan ölkəmizə 1 baş diri qoyunun idxalı 79 dollara (135 manata) başa gəlib. Gürcüstandan isə 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 13,77 milyon dollar dəyərində 3 980,90 ton canlı iribuynuzlu mal-qara ixrac edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonu üçün ödənilən məbləğ 933 dollar və ya 37% artaraq 3 461,52 min dollara çatıb. Cari ilin 6 ayında Gürcüstandan 1 baş diri qoyunun Azərbaycana idxalı 91 dollara (155 manata) başa gəlib. Beləliklə, Gürcüstan ilə müqayisədə Rusiyadan idxal 12 dollar ucuz başa gəlib. Xatırladaq ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 1 milyon 310 min dollar dəyərində 16 min 523 baş diri qoyun idxal edilib. 2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 9,355 milyon dollar dəyərində 3 699,77 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Ekspertlərin qənaətinə görə, Azərbaycana mal-qara idxalı artsa da, həmin ətlərdən dövlət müəssisələrində istifadə edildiyindən, bu bazarda ətin qiymətinə təsir göstərmir. Çünki, ət bazarında daha çox yerli istehsal olunan mal-qara kəsimindən istifadə olunur.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?

Dünyapress TV

Xəbər lenti