Bağlanan bankdakı pullar batdı? -
“Muğan Bank”da qalan sığortasız əmanətlərin çox cüzi hissəsi, sadəcə, vətəndaşların payına düşür. Vətəndaşların əmanətləri 216.7 milyon manat təşkil edir. Yerdə qalan 105.8 milyonluq vəsait isə vətəndaşların pulu deyil, bunlar, əsasən, sahibkarların və şirkətlərin puludur ki, bunun da sığortası yoxdur. Yalnız fərdi sahibkarların 20 min manat həddində sığortası var, lakin bu sahibkarların pulu həmin 216.7 milyonun içərisindədir”.

TEREF.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis, iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, sığortası olmayan vəsaitlərin çoxu şirkətlərin puludur:

“Bu da Azərbaycan qanunvericiliyinə görə sığortalanmır. Yəni sahibkarların pullarının sığortası olmur. Bu halda proses necə ola bilər? Əmanətlərin Sığortalanması Fondu ləğvedici rolunu oynayır. Ləğv prosesi də o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu bankın mövcud əmlakını satmalıdır. Buraya daşınan, daşınmaz əmlak, avtomobil, torpaq və s. əmlak növləri daxildir. Əmanətlərin Sığortalanması Fondu da bu əmlakları mümkün qədər baha satmalıdır ki, çoxlu pul əldə etsin”.

Mütəxəssisə görə, eyni zamanda “Muğan Bank”ın verdiyi kreditlər də var ki, bunlar da geri qaytarılmalıdır:

“Əmanətlərin Sığortalanması Fondu bu krediti də qaytarmalıdır. Qısası, bütün əmlakı pula çevirməlidir, onu satmalıdır. Çünki fond vətəndaşların sığortalanmış əmanətlərinin kompensasiyasını 1 ay ərzində qaytarmağa borcludur. Sonra Əmanətlərin Sığortalanması Fondu nə qədər pul əldə etsə, ilk növbədə, oradan öz pulunu götürəcək. Həmçinin proseslərə nə qədər vəsait xərcləyibsə, işçi qüvvəsinin maaşı, inzibati xərclər, yolpulu, dəftərxana və s. vəsaitləri də özünə götürəcək. Sonra bankın işçilərinin maaşını, daha sonra bankın dövlətə olan borcunu verəcək. Yekunda isə əgər satışdan hansısa pul qalsa, tələbkar şəxslərin pulu veriləcək. Amma onların tələbləri tərs-mütənasibdir. Çünki kassada heç nə qalmasa, heç nə də verilməyəcək”.

Ə. Həsənov əmindir ki, Azərbaycandakı müflisləşmiş bankların təcrübəsi göstərir ki, bir qayda olaraq sahibkarlara heç nə gəlib çatmır:

“Bir tərəfdən, ona görə ki, bankın rəhbərliyi bankı elə günə salıb ki, orada pul yoxdur. Sadə dillə desək, onlar bankın başına daş salıb vəsaitləri mənimsəyiblər. Lakin bu, bütün banklara aid deyil. Elə bağlanan banklar var idi ki, orada kifayət qədər pul var idi. Məsələn, “NBCBank”, “Günay Bank” və s. İndi sual yarana bilər ki, onlarda niyə problem oldu? Ona görə ki, Əmanətlərin Sığortalanması Fondu həmin banklarda qalan vəsaitləri mənimsəyib, yeyib, dağıdıb, korrupsiya ilə məşğuldur”.

“Birincisi, Əmanətlərin Sığortalanması Fondu bankın əmlakını dəyər-dəyməzə satır və bunu hansı yollarla etdiklərini hamı bilir. İkincisi, odur ki, bəzi bankların əmlakını illərcə satmır, qanunsuz icarəyə verir və həmin fondun işçiləri, rəhbərliyi oradan pul qazanıb cibinə qoyur. Üçüncüsü, bankın verdiyi kreditlərin qaytarılmasında qanunsuzluq edir, borcalanlarla sövdələşir, borcların bir hissəsini bağışlayır və pulları yeyib dağıdır. Sonuncusu isə budur ki, qurum artıq xərclərə yol verir. Onlar lazımsız işçiləri götürür və pulu dağıdır. Ona görə də ləğv olunan bankın satışından kassada heç nə qalmır”, – o, əlavə edib.

Həmsöhbətimiz iddia edib ki, Azərbaycanda aparıcı xarici təcrübədən fərqli olaraq bağlanan bankın kreditorlarının heç bir hüquqları yoxdur:

“Onlara məlumat verilmir, şəffaflıq yoxdur və onlar bu prosesə nəzarət edə bilmirlər. Təəssüf ki, Azərbaycanda belə bir sistem qurulub. Belə götürsək, hələ “Muğan Bank”da vəziyyət yaxşıdır. Ona qalsa, “Bank Standard”da sığortalanmayan vəsaitin həcmi 1 milyard 200 milyon manat təşkil edib. “Bank Standard”da da 2016-cı ilin oktyabrında bağlanıb və 7 ildir ki, heç kəsə heç nə qaytarılmayıb. Eyni məsələ də burada”.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?

Dünyapress TV

Xəbər lenti