Rusiyaya BÖYÜK ZƏRBƏ:
Macarıstanın Energetika Nazirliyi və Fransanın “Framatome” korporasiyası atom elektrik stansiyalarının istismarı və yanacaq təchizatı üzrə birgə işi nəzərdə tutan əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu imzalayıblar. Macarıstanın Energetika Nazirliyinin məlumatına görə, sənədi Budapeştdə departament rəhbəri Çaba Lantos və Fransa şirkətinin baş direktoru Bernard Fontana imzalayıblar.

Nazirlik 2021-ci ildən nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Framatome ilə əməkdaşlıq etdiyini xatırladıb: "Əsasən təhsil, təlim, tədqiqat və inkişafa yönəlmiş tərəfdaşlıq uzunmüddətli istismar və nüvə elektrik stansiyalarının yanacaq təchizatı üzrə birgə işlərlə tamamlanacaq”.

Qeyd edək ki, Macarıstanda Pakşda 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş yeganə atom elektrik stansiyası Rusiya nüvə yanacağı ilə işləyir. “Telex” internet nəşrinin yaydığı məlumata görə, sentyabrın 9-da Macarıstanın baş naziri Viktor Orban ölkənin Vətəndaş Forumunun fəalları ilə qapalı görüşdə hökumətin son nəticədə Pakş AES-i Fransanın nüvə yanacağına keçirmək niyyətində olduğunu deyib. Baş nazir burada məqsədin Rusiyadan enerji asılılığını azaltmaq olduğunu da vurğulayıb.

Bu məlumatla bağlı TASS-ın sorğusunu cavablandıran Macarıstanın Moskvadakı səfiri Norbert Konkoy “Telex”in məlumatını təkzib etmişdi: "Macarıstanın baş naziri Viktor Orban belə bir bəyanatla çıxış etməyib. Macarıstan Pakş AES-də Rusiya yanacağını fransız yanacağı ilə əvəz etmək niyyətində deyil. Macarıstan-Rusiya nüvə sahəsində əməkdaşlığı uğurla inkişaf edir və Macarıstan bu əməkdaşlığı davam etdiririk”. Lakin bu gün imzalanan memorandum göstərir ki, ya səfirin hökumətin planından məlumatı yoxdur, ya da bilərəkdən məlumatı təkzib edib.

Qeyd edək ki, Macarıstan Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycandan və Qətərdən qaz almaq üçün müqavilələr imzalayıb.

Müsavat.com
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti