İqtisadiyyata dəyən ziyan:
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi köçürmələrdə azalmalar baş verib. Bəs bunun səbəbi nədir?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində köçürmələrin azalması gözlənilən idi. Çünki keçən il proses düzgün getmirdi: "2022-ci ildə bu istiqamətdə anomaliya baş verib. Yəni, birdən-birə köçürmələr 2-3 dəfə artmışdı. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda həm azərbaycanlıların, həm də qeyri-rezidentlərin hansısa formada ölkədən pul çıxarması cəhdləri nəticəsində yaranmışdı. Azərbaycana göndərilən remitensilərin təxminən 60-70 faizi Rusiyanın payına düşür. Normalda əksinə, bu istiqamətdə azalma olmalı idi. Çünki Rusiya iqtisadiyyatı zəifləyib və rubl dəyər itirir. Rublun dəyərdən düşməsi fonunda orada yaşayan Azərbaycan vətəndaşlarının da imkanları məhdudlaşır. Bununla da Azərbaycana köçürmələrdə problemlər yarandı. İkinci məsələ rublun məzənnəsi ilə əlaqəlidir. Ötən il gözlənilmədən rublun məzənnəsində möhkəmlənmə baş verdi. Bu da rublla gəlir əldə edən Rusiyada yaşayan azərbaycanlıların köçürdükləri vəsaitin daha dəyərli olmasına gətirib çıxarırdı. Bu il isə proses tərsinə gedir. Bu dəfə Azərbaycana köçürülən vəsaitlər daha dəyərsiz şəkildə öz əksini tapır”.

R.Həsənov bildirdi ki, keçən il rəqəmlərin böyük olmasının səbəblərindən biri pulların artıq daha leqal yollarla ölkəyə gətirilməsidir: "Rəsmi rəqəmlərlə Azərbaycanda ailə təsərrüfatlarına il ərzində təxminən 1-1,5 milyard dollar ətrafında pul köçürmələri gəlirdi. Keçən il bu köçürmələrin birdən-birə yüksəlməsi ailə təsərrüfatlarının gəlirlərinin artmasına, alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdu. Amma dəqiq bilmirik, bu gəlir birbaşa ailə təsərrüfatlarına çatıb, yoxsa yox. Çünki artıma pulun Rusiyadan çıxarılması cəhdləri də daxil idi. 2022-ci ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsi fonunda hazırlanan proqnozlar əsasən remitensilərin azalması istiqamətində idi. Quru sərhədi ilə səyahətlərin məhdudlaşması cibdə gətirilən pulların da azalmasına səbəb olub. Pullar məcburən transfer olunur, köçürmələr şəklində əksini tapırdı”.

İqtisadçının fikrincə, Rusiyada daha çox sakini işləyən rayonlara bu proses mənfi təsir göstərib: "Köçürmələrin azalması regionlarda fərqli formada əks olunur. Rayonları müqayisə edəndə görə bilərik ki, cənub bölgəsi - Lənkəran iqtisadi rayonunda əhalinin imkanlarının məhdudlaşmasında bu, özünü daha kəskin şəkildə göstərir. Tovuz, Qazax, Şəmkir rayonlarında yaşayan əhalinin ailə təsərrüfatlarının gəlirlərində remitensilərin payı çoxdur deyə, orada da vəziyyət kəskindir. Amma Şirvan bölgəsinə baxanda orada həyat tərzinə o qədər də ciddi təsir göstərmir”.

Ekspert dedi ki, ölkəmizə pul köçürmələrinin azalması hələ uzun müddət davam edəcək: "Pul nə qədər az gəlirsə, bu, tədiyyə balansına mənfi təsir göstərir. Düzdür, bizdə istənilən halda profisit olur. Amma bu proses profisitin həcminə də mənfi təsir göstərir. Bu pullar eyni zamanda bazarda xərclənir. Sərhədlər açılandan sonra imkanlar yenidən yaranacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatının indiki şərtlər daxilində özünə gəlməsinin məhdudluğu da prosesin davam etməsi ilə bağlı çağırışlar yaradır”.

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, digər ölkələrdən gələn pul köçürmələri azalsa da, Rusiyadan olan köçürmələrdə heç bir problem yoxdur: "Xaricdən Azərbaycana pul köçürmələrinin azalmasının əsas səbəbi dünyada baş verən iqtisadi təlatümlərdir. Bu təlatümlər həmçinin xaricdə yaşayan azərbaycanlıların fəaliyyətlərinə də mənfi təsir göstərib. Bu da ölkəyə pul köçürmələrinin həcminə təsir edib. Digər ölkələrdən pul köçürmələrinin həcmində azalma olsa da, Rusiyadan Azərbaycana köçürmələrdə artımlar olub. Ukrayna ilə müharibədən dolayı Rusiyadan bir çox ölkələrə kapital axını, vəsaitlərin yatırılması hesabına pul köçürmələrində artımlar baş verib”.

E.Əmirov qeyd etdi ki, bu proses Azərbaycandan xaricə olan pul köçürmələrinə də mənfi təsir göstərəcək: "Rusiyadan da Azərbaycana pul köçürmələrinin həcmi getdikcə azalacaq. Həmçinin, digər ölkələrdən də köçürmələrin həcmində azalma baş verəcək. Bu proses hazırda dünyanı caynağına keçirmiş iqtisadi təlatümlər sovrulana qədər davam edəcək. Nə qədər ki inflyasiya davam edəcək, iqtisadi böhranın təsirləri real şəkildə azalmayacaq. Köçürmələr azala-azala gedərsə, təbii ki, mənfi təsirlər də qaçılmaz olacaq. Amma xaricdən pul köçürmələri azalırsa, eyni zamanda Azərbaycandan da xaricə pul köçürmələrində azalmalar baş verəcək”.

Mənbə: "Kaspi" qəzeti

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?

Dünyapress TV

Xəbər lenti