ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barel artıb ABŞ-da kommersiya məqsədli neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barel artaraq avqustun 4-nə 445,6 milyon barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən bir qədər aşağıdır.