Rusiya Federasiyası taxıl sazişindən çıxdıqdan sonra Qara dəniz dəhlizindən istifadəni davam etdirmək zəruridir. Rusiya Federasiyası ilə Ukrayna arasında heç bir saziş imzalanmayıb, ona görə də Rusiya Federasiyası belə bir hərəkətlə BMT-nin baş katibi və Türkiyə prezidenti ilə razılaşmalarını pozur. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin afrikalı jurnalistlərə bugünkü müsahibəsi zamanı bildirib. Müsahibədən sitatları Ukrayna liderinin mətbuat katibi Sergey Nikoforov öz Facebook səhifəsindən paylaşıb.
"Bizim iki razılaşmamız olub: Ukrayna, Türkiyə, BMT; Digər bir razılaşma isə Rusiya, Türkiyə, BMT. Ona görə də Rusiya sazişdən çıxdığını deyəndə BMT-nin baş katibi Quterreş və prezident Ərdoğanla razılaşmalarını pozur. Bizimlə deyil. Bizim onlarla heç bir razılaşmamız olmayıb”, - Ukrayna prezidenti bildirib.
"Rusiya Federasiyasının rəsmi siqnalından sonra Xarici İşlər Nazirliyimizə göstəriş verdim ki, BMT və Türkiyəyə rəsmi siqnallarımızı hazırlasınlar və Ukrayna prezidenti kimi mənə cavab versinlər ki, onlar bizim təşəbbüsümüzü davam etdirməyə hazırdırlarmı” - Volodimir Zelenski afrikalı jurnalistlərə müsahibəsində bildirib.
"Rusiya Federasiyası olmadan belə, hər şey edilməlidir ki, biz bu Qara dəniz dəhlizindən istifadə edə bilək. Qorxmuruq. Bizə gəmilərin sahibi olan şirkətlər müraciət ediblər. Onlar deyirlər ki, hazırıq, əgər Ukrayna və Türkiyə buraxsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - Zelenski vurğulayıb. \\Qaynarinfo