“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti mayın 2-dən bəri ilk dəfə bir barel üçün 79 dollara yüksəlib. Londonun ICE birjasındakı son ticarət əməliyyatlarında (Bakı vaxtı ilə saat 18:14-ə olan məlumata əsasən) “Brent” markalı neftin qiyməti 1,56% artıb.