“Əminəm ki, gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizi Süveyş kanalına rəqib olacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədovla görüşündə deyib.
“Biz Rusiyanın və Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edə, tranzit potensialımızı daha fəal inkişaf etdirə bilərik və etməliyik. Söhbət sərhəd keçid məntəqələrinin keçid qabiliyyətinin artırılmasından, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu, avtomobil yolu, dəniz infrastrukturunun inkişaf etdirilməsindən gedir”, - o vurğulayıb.
M.Mişustin əlavə edib ki, ekspertlərin fikrincə, bu layihə ilə Baltik dənizindən Fars körfəzindəki limanlara yüklərin çatdırılması müddəti 10 günə qədər azaldacaq.