Türk lirəsinin dəyər itirməsindəki sürət ötənilki sıçrayışa nisbətdə bir qədər aşağıdır. Yeni hökumətlə bağlı xəbərlər maliyyə çevrələrini gözləmə modusuna salmışdı. Bu sırada əsas diqqət xəzinə və maliyyə naziri Mehmet Şimşeke yönəlib. Mehmet bey 2007 ci ildən türk hökumətində maliyyə naziri postunu tutub. Hökumət içərisindəki mübahisələr üzündən 2018 ci ildə istefa verməyə məcbur oldu. Onun istefasından sonra türk lirəsinin katastrofik enşi başladı. Şimşək nazir olduğu illərdə türk lirəsini 10 il ərzində sabit saxlamaqla bərabər qərb investisiyalarını Türkiyəyə yönləndirməklə yadda qalıb. O, istefa etdiyi günün sabahı bütün unvestisiyalar çəkildi və lirə dirəyə çarpdı. Kürdəsilli Mehmet bəy 8 qardaşin içərisində təhsil ala bilmiş tək qardaşdir. İngilis və türk vətəndaşlığı var. “Bank of America”nın aparıcı strateqlərindən biri olan Mehmet bəyi finans çevrələrində “Mister Garant” ayaması ilə də çağırırlar. Onun adı olduğu yerlərə investorlar qaçaraq gedərlər. Şimşek bəyin ekonomi sorumlusu kimi tam yetkisi olacaq və qarşısında duran əsas vəzifə də qərbin maliyyə çevrələrilə əlaqələri genişlətmək və Amerika parasını Türkiyəyə soxmaqdır. Vaşinqton bunun əvəzinə Ankaradan nə istəyəcək. Təbii ki Kremldəki arkadaşının başını. Verəcəkmi? Məncə yox. Umud Mehmet kişiyə qalıb. Elxan Həsənli Teref.az