55 yaşlı futbolçu karyerasını Portuqaliya çempiontında davam etdirəcəkYaradılıb 02.02.2023 08:58 | Baxış sayı: 560“Yokohama”nın yarımmüdafiəçisi Kadzuyoşi Miura karyerasını Portuqaliyada davam etdirəcək.İcarəyə verilən 55 yaşlı yapon Portuqaliyanın ikinci divizionundan “Oliveyrense”yə keçib. Klubla müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub.“Oliveyrense” yarımmüdafiəçinin karyerasında 16-cı klub olacaq. O, əvvəllər Braziliya, İtaliya, Xorvatiya və Avstraliyada çıxış edib.Miura karyerasının 38-ci mövsümünü keçirir. O, Yaponiya Premyer Liqasında oynayan ən yaşlı oyunçu, eyni zamanda çempionatın ən yaşlı qolçusudur.Mənbə: sports.ru Facebook-da paylaş