Qol.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
“Beşiktaş” evdə “Alanyaspor”u qəbul edib. Oyun İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 20-ci dəqiqədə Cenk Tosun penaltidən fərqlənərək aıb. O, 50-ci dəqiqədə komandasının və özünün 2-ci qolunu vurub. Görüşdə son nöqtəni Dele Alli 58-ci dəqiqədə qoyub.
Qeyd edək ki, “Beşiktaş” hazırda turnir cədvəlində 38 xalla 3-cü, “Alanyaspor” isə 25 xalla 9-cudur.