"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade yenidən “Krasnodar”ın maraq dairəsinə düşüb.
Kadi Borgesi heyətinə cəlb edən Rusiya klubu 23 yaşlı yarımmüdafiəçini də sıralarına cəlb etmək istəyir.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın rəhbərliyi kabo-verdeli futbolçunu satmağa hazırdır. Ağdam təmsilçisi bunun üçün 1 milyon avro tələb edir. Bu, Leandronun müqaviləsində əks olunan sərbəstqalma məbləğidir.
Andrade bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 1 qol vurub və 7 qolun ötürməsini verib.