Uels millisinin və ABŞ-ın "Los-Anceles" klubunun futbolçusu Qaret Beyl karyerasını başa vurub.
Bu barədə 34 yaşlı hücumameylli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli oyunçu çox düşündükdən sonra futbolla vidalaşmaq qərarına gəldiyini bildirib: "Arzumu reallaşdırdığım və sevdiyim idman növü ilə məşğul olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Həyatımda yeni səhifə açıram. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır".
Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real Madrid" komandalarının da şərəfini qoruyub. O, "kral klubu" ilə 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Həmçinin 5 dəfə UEFA Çempionlar Liqasında 5 dəfə qələbə sevinci yaşayıb.
Bundan əlavə, Beylin UEFA Super Kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var.
Uels yığmasında 109 oyuna çıxan vinger 41 qol vurub.\\Report