“İstəyimiz çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə “Frayburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtmız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundurlar. Bu il futbolun dadını tam hiss etdik. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu” – deyə o bildirib.

Mütəxəssis “Frayburq”la oyundakı hakimlik barədə bunları söyləyib: “Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Ofsaydı göstərmirlər, xətt çəkilmir. Penalti epizoduna da baxılmadı. Bilmirəm, hakimlər barədə danışmağın faydası var, ya yox. İndi VAR sistemi daha ön plandadır. Nə istəyirlər, edirlər. Bəlkə özlərinə sərf etdikləri kimi qərarlar qəbul olunur. Bütün oyunlarda xətt qoyulursa, burada da göstərilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Nəticəyə nə qədər təsir etdiyini deyə bilmərəm. Qol sayılsaydı, komanda daha istəkli olardı. Bəlkə, qırmızı vərəqə də almazdıq. Bu hallar da futbolun sevilən tərəflərindəndir. 10 nəfərlə qol vurmaq, mübarizə və s. Çox danışmaq olar. Nə qədər təsir etdiyini bilmirəm. Görünən odur ki, qərar nəticəyə təsir etdi”.

Q.Qurbanov kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini vurğulayıb: “Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.

“Qarabağ”ın baş məşqçisi ictimaiyyət arasında Konfrans Liqasının perspektiv baxımından Avropa Liqasından daha yaxşı olması ilə bağlı fikirlər səsləndirilməsinə belə münasibət bildirib: “Biz istəmişik ki, şansımızdan istifadə edək. Çempionlar Liqasının qrupunu istəyirdik. Avropa Liqasında davam etməyi düşünürdük. Bunun üçün mübarizə apardıq, il boyu çalışdıq. İstənilən rəqibə qarşı yaxşı oyun göstərmək istəyirdik. Əminəm ki, bunu bacardıq. Nəticə belə oldu. Düzgün, vicdanla işləmək borcumuzdur. Bunu edirik. Nəticə bu oldusa, razılaşmalıyıq. Gələn il də avrokubok həyəcanı yaşayacağıq. İstəyimiz 2-ci yeri tutmaq, Avropa Liqasında davam etmək idi. Alınmadı. Bunun üçün meydanda maksimum gücümüzü qoyduq. Çox da təəssüflənmirəm. Heç bir rəqibə əzilmədik, aciz qalmadıq. Əksinə onların üzərinə getməyə çalışdıq. Elə oyunlar oldu ki, böyük risklər etdik. Böyük hesablı məğlubiyyətləri də gözə alırdıq. Hər şey heç də pis getmədi. Futbolçularımız çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək”.

 
smartbee.png
 
 
 
 
 
Ad - 00:15

O, daha sonra deyib: “Üstünlüyü çox da rəqibə vermədik. Qarşımızdakı komandanı düzgün qiymətləndirməliyik. Baxmalıyıq ki, hansı çempionatdan gəlib, hansı təcrübədədir. Nadir hallarda bir komanda 90 dəqiqə dominantlıq edir. Belə bir şey yoxdur. Qarşımızda böyük beşlik liqası komandası idi. Bundesliqada 3-cüdür. Rəqib ciddidir. Heç nədən penalti oldu. Bəzi epizodlarda onların gücü tam istədiyimiz hücumların alınmasına imkan vermədi”.

Q.Qurbanov iki tur əvvəldən Konfrans Liqasının pley-offuna vəsiqə təmin etmələrinin növbəti matçlara təsiri olub-olmadığı ilə bağlı söyləyib:” Bilmirəm, nə qədər təsiri oldu. Amma oyunlarımıza baxanda rahatlıq görünmədi. Əksinə, hər iki matçda qələbə qazanmağa çalışdıq. Ola bilər, rəqiblər daha ciddi oldular. Bizim üçün nəticə və oyun baxımından ciddi təsir olmadı”.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti