|
“Mənim işim yalnız günəş parlayanda və kimsə bizə kubok verəndə burda olmaq deyil. Hər şeyi düzəltmək üçün əlimdən gələni edəcəyəm, hətta mümkünsə daha çox”.
Qol.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Britaniya mətbuatına açıqlamasında deyib.
Almaniyalı mütəxəssis “Liverpul”dan mümkün gedişi haqda sualı da cavablandırıb:”Düşünürəm ki, bu məsələ ilə bağlı qərar mövsümün sonunda veriləcək. Və ya, bəlkə, mövsümün sonunda bir-birimizə deyəcəyik: “Yaxşı, indi bu komandanın və bu baş məşqçinin sonu oldu”. Sual o zaman verilməlidir. Lakin hazırda komandanı yüz faiz ədalətli mühakimə etmək mümkün deyil, çünki bizim ixtiyarımızda heç vaxt tam heyət, bütün oyunçular olmayıb. Əvvəllər heyətdə dəyişiklik edirdik, indi bunu edə bilmirik. Bu problem uzun müddətdir yarımmüdafiə xəttində var”.