Karpov Raufu tənqid etdi –
Xəbər verdiyimiz kimi, “Titled Tuesday” turnirində Maqnus Karlsenlə qarşılaşan Rauf Məmmədov cəmisi bir gediş etdikdən sonra təslim olub. Raufun e4 gedişinə Maqnus şahmatda qeyri-peşəkar gediş hesab edilən g5-lə cavab verib. Rauf bunu özünə qarşı hörmətsizlik hesab edərək, nümayişkaranə surətdə təslim olub. Şahmat dünyasının ünlü ismləri bu olaya biganə qalmayıblar. Aut.az xəbər verir ki, şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Rauf Məmmədovu tənqid edib:

“Məmmədovun niyə əsəbiləşdiyini başa düşə bilmirəm. Bu oyunda qalib gəlməklə istehzaya cavab vermək lazım idi. Maqnus istədiyi kimi oynamaqda sərbəstdir. Bu vəziyyətdə oyunda tez qalib gəlmək və bununla da belə davranışın axmaqlıq olduğunu göstərmək daha yaxşı olardı. Karlsenin bu hərəkətində çağırış var idi? Nə çağırış? Davam etmək lazım idi, imtina üçün heç bir səbəb görmürəm. Adamı müalicə etmək lazımdır, mən Karlseni nəzərdə tutmuram. Demək ki, belə oynayır və uduzmaqdan qorxmur, afərin”.

Başqa bir rusiyalı qrossmeyster Sergey Karyakin isə olaya belə münasibət bildirib:

“Məncə, Rauf Maqnusun bu hərəkətini çox emosional qəbul etdi. Əslində bundan istifadə edərək qələbə qazansaydı, yaxşı olardı. Üstəlik, həmin vaxt turnirdə birinci yerdə idi. Məncə, həyəcanlandı. Razıyam ki, bu, Karlsen tərəfindən yaxşı davranış deyil. Amma o, idman üslubunda cəzalandırılmalı idi. Karlsenin bu hərəkəti o deməkdir ki, boksçu rinqə çıxıb, sadəcə əllərini aşağı sallayaraq rəqibinə gülür”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti