"Qızıl top"un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun adı açıqlanıb. "Report"un məlumatına görə, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb.
Tədbirdə yeni təsis edilmiş "Sokrates kuboku"nun da qalibi müəyyənləşib. Mükafatın ilk sahibi Almaniya "Bavariya"sından Sadio Mane olub.
Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.