“Barselona”nın prezidenti Xoan Laporta Lionel Messi haqqında yüksək fikirlər söyləyib.
O, argentinalı hücumçunu “Barselona” tarixinin ən yaxşısı hesab edir.
“Biz “Barsa” tarixinin ən yaxşı oyunçusunun klub qarşısındakı xidmətlərinin təsdiqi üçün mütləq nə isə edəcəyik. Messi bizim kollektiv yaddaşımızda qalıb. Bu bazar onun debütünün 18-ci ildönümünü qeyd edirik və xüsusi bir şey etməyi planlaşdırırıq. Onun uğurlu karyerası haqqında hər şeyi bilirik”, - deyə klub rəhbəri bildirib.
Laporta futbolçunu Parisdə, “Qızıl Top” mərasimində görməyə ümid etdiyini deyib.
“Hələ də Leonun formasını geyinən çoxlu “Barsa” azarkeşləri var. Lakin Messi PSJ-nin oyunçusudur və buna hörmət etmək lazımdır”, - o vurğulayıb.