UEFA danışılmış oyunlarla bağlı qalmaqalda adı hallanan alman referi Feliks Zvayeri AVRO-2024-ün yarımfinalında İngiltərə - Niderland oyunundan kənarlaşdırmaq fikrində deyil.
Qurum qarşıdakı oyunu məhz bu hakimin idarə edəcəyi ilə bağlı yekun qərarı verib.
Qeyd edək ki, 2005-ci ildə Zvayer Almaniyanın ikinci və üçüncü liqaları oyunlarında qərəzli hakimlik etməkdə günahlandırıb. O, 6 ay müddətinə diskvalifikasiya edilib.
Lakin 2009-cu ildə yenidən Bundesliqanın oyunlarında hakimlik etməyə başlayıb, 2012-ci ildə isə FİFA referisi statusu alıb.