Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa ediblər.
Bu nəticədən sonra A qrupunda xallarının sayını 7-yə çatdıran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.