İrfan Can Kahveci AVRO-2024-dən kənarda qala bilərYaradılıb 13.06.2024 08:57 | Baxış sayı: 206Türkiyə millisinin aparıcı üzvü İrfan Can Kahveci AVRO-2024-dən kənarda qala bilər."Report" "Sport Digitale'yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu zədələnib və heyətdən çıxarılma ehtimalı var.Bundan başqa, "Fənərbağça"nın yarımmüdafiəçisi riskə atılmamaq üçün komandanın son məşqində iştirak etməyib.Qeyd edək ki, Türkiyə Futbol Federasiyası İrfan Can Kahvecinin son durumu ilə bağlı yaxın müddətdə məlumat verəcək. Facebook-da paylaş