"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino vəzifəsindən azad edilib.
Məlumata görə, mayın 21-də Poçettino klubun idman direktorları Pol Uinstenli və Lourens Stüart, eləcə də klubun ortaq sahibi Behdad Eqbali ilə görüş keçirib və nəticədə argentinalı mütəxəssisin postunu tərk etməsi qərara alınıb.
Qeyd edək ki, hazırda London klubu İngiltərə Premyer Liqasında sona bir tur qalmış 63 xal toplayaraq altıncı yeri tutur.