Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "Forbes"ə görə ilin ən çox qazanan idmançıları siyahısında birinci yeri tutub.
Redaktor.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilir.
Futbolçu 260 milyon dollar qazanıb. Bunun da 200 milyonunu klubdan maaş olaraq alıb. Reytinqdə ikinci yeri ispan qolfçu Jon Rahm (218 milyon) tutub. Üçüncü yerdə “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi qərarlaşıb. O, 135 milyon qazanıb.
Ötən il Ronaldo da ən çox maaş alan idmançı olub. Həmin il o, 275 milyon dollar qazanıb.