Rəşad Sadıqov: “Mən vəzifə xəstəsi deyiləm”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi. Hamı bilirdi ki, burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə bilər, ya da geri sala bilər. “Sumqayıt” çox yaxşı formadadır. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq.

“Sumqayıt” əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə üstünlük verdi. Aramızdakı iki xallıq fərqi qoruya bildik. Ən azı bir heç-heçə limitimiz var. İki xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu gün səfərdə bir xal qazandıq.
Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Əgər medallar uğrunda mübarizə aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də şansımız var. Sona qədər mübarizə aparacağıq.

Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, “Neftçi”də, “Qarabağ”da, milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı “Neftçi”də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini “Qarabağ”da keçirmişəm. 17 il isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah “Qarabağ”da da, “Neftçi”də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacağam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi “Zirə”yə yönəltmişəm. Çempionat gərgin keçir. “Neftçi” rəhbərliyi də bu anda heç bir məşqçiyə təklif göndərməz. Bu, şayiədir. Aramızda heç bir söhbət yoxdur. Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim. Məşqçi kimi fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Mənim “filan komandanın baş məşqçisiyəm” kimi dərdim yoxdur. Əgər xeyir verə biləcəyəmsə, o təklifi qəbul edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, “Zirə”yə xeyir vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o qədər də önəmli deyil. Qarşıda vacib oyunlar gəlir. İki illik müqavilə bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək. Əgər həqiqətən də komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə xəstəsi deyiləm”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti