Amerikalı tennisçi Sebastian Korda oğurluğun qurbanı olub. Publika.az xəbər verir ki, hadisə Monte Karloda Masters seriyası turnirinin başlamasına bir neçə gün qalmış baş verib.
“Le Figaro” xəbər verir ki, ötən cümə axşamı axşam dünyanın 27-ci raketka ustasına Roquebrune-Cap-Martin küçəsində iki naməlum şəxs tərəfindən hücum edilib və onun 300 min avro dəyərində olan “Richard Mille” saatı qarət edilib.
Hazırda kommunal polis tərəfindən araşdırma aparılır. Səlahiyyətlilər təcavüzkarlardan DNT nümunələri götürə biliblər. Bundan başqa, cinayət anı kameraya düşüb.