Futbol tarixinin ən yaxşı 10 braziliyalı oyunçusununun siyahısı açıqlanıb.
Siyahını Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri hazırlayıb.
Siyahıya əfsanəvi hücumçu Pele liderlik edir.
Futbol tarixinin 10 ən yaxşı braziliyalı oyunçularının tam siyahısını təqdim edirik:
1. Pele;
2. Ronaldo;
3. Qarrinça;
4. Ronaldinyo;
5. Romario;
6. Rivaldo;
7. Ziko;
8. Sokrat;
9. Jairzinyo;
10. Kaka Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurublar.
Yarışın son günündə millinin daha 2 üzvü fəxri kürsüyə yüksəlib.
Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu təmsil edib.