“Barselona” prezidenti Joan Laporta bildirib ki, klubun əsas heyətdən oynayan bir sıra futbolçuları üçün fantastik məbləğdə təkliflər alırlar.
Bu barədə məlumatı jurnalist Fabrisio Romano ictimailəşdirib.
“Biz Lamin Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro təkliflər alırıq və təbii ki, bu təklifləri rədd edirik. Biz Laminə güvənirik və onu satmağa gərək görmürük”, - deyə Joan Laporta vurğulayıb.
Laporta qeyd edib ki, sərfəli təkliflər klubun digər oyunçuları olan Aleks Balda, Fermin Lopes, Pedri, Frenki de Yonq, Ronald Arauxo, Qavi üçün də gəlir.
“Lakin biz ulduzlarımızı satmaq istəmirik”, - “Barselona”nın prezidenti söyləyib.