UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçının ikinci hissəsində gərgin anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev matçın 56-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Hakimin bu qərarı futbolçu ilə yanaşı, Qurban Qurbanovun da etirazına səbəb olub. Hakimin qərarına etiraz edən Qurban Qurbanov da qarşısında sarı vərəqə görüb.