Rasmus Höylund Premyer Liqada rekorda imza atdı
Premyer Liqanın 25-ci turunun “Luton Taun”la səfər oyunu “Mançester Yinayted”in mərkəz hücumçusu Rasmus Höylund üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbə qazandığı oyunda hər iki qolun müəllifi olmuş danimarkalı futbolçu rekorda imza atıb.

Belə ki, Höylund Premyer Liqa tarixində ardıcıl altı oyunda qol vurmağı bacarmış ən gənc futbolçu kimi tarixə düşüb.

Rasmus buna qədər “Aston Villa” (3:2 və 2:1), “Tottenhem” (2:2), “Vulverhempton” (4:3) və “Vest Hem”in (3:0) qapısına yol tapmışdı. Bu göstəriciyə görə danimarkalı hücumçu “Nyukasl”ın ingiltərəli mərkəz yarımmüdafiəçisi Co Uilloku və “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halandı qabaqlayıb. Hazırda Rasmus 21 yaş 14 günlüyündədir.

Höylund “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub. Ardınca “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib.

“Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatıb. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Höylund “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 30 oyun keçirib, 13 qol vurub, 2 məhsudlar ötürmə verib.

Rasmus Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022) və “Şturm”la Avstriya Kuboku (2022/2023) var.

Rasmus Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti