Futbol üzrə Seneqal yiğmasının, Avropanın Liverpul, Bavariya klublarının sabiq üzvü, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun (Kristiano Ronaldonun komanda yoldaşı) 31 yaşlı üzvü, xeyirxah işləriylə bütün dünyaya səs salan Sadio Mane: "Eyş-işrətdən uzağam. Çünki belə tərbiyə görməmişəm. Anam məni çətin şərtlərdə böyüdüb. Ayağıyalın dərsə gedirdim, ayaqqabı belə almağa pulumuz olmurdu. Vaxtımı gecə klublarında keçirəcəyimi, insanlara faydalı olmağı çalışıram. 100 gül, bahalı maşın, briliyant qaşlı üzük alıb bir xanımı bir gecəlik "xoşbəxt" edəcəyimə, Seneqalda bir su quyusu açdırıb, yüzlərlə ailəyi xoşbəxt etməyi üstün tuturam" P.S.Sadio Mane Seneqalda yaşadığı, böyüyüb başa çatdığı doğma Banbalı kəndini də unutmur.Belə ki, 31 yaşlı Mane doğma kəndində- xəstəxana, məktəb, stadion tikdirib. Yollar çəkdirib, kənd üçün nə lazımdırsa edib.Hər ailəyə ayda 100$ birbaşa kömək olur. Yaxşı göstəricilərlə ali məktəbə daxil olanlara təqaüd, notebook və digər hədiyyələr verir. İllik qazancı 40 milyon $ olan Manenin sadə həyat tərzi var.O həmişə deyir ki, pul məni qudurtmadı.Çox şey insanın özündən asılıdır. Qabil Osmanlı Əntiqə Rəşid Aslan