Arda Gülər, Kim Min-Ce kimi futbolçularını Avropa nəhənglərinə satan "Fənərbağça" daha bir böyük satışa hazırlaşır.
Söhbət Sebastian Şimanskidən gedir. İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Yunayted" klubları 24 yaşlı polşalını istəyir. "Napoli" klubu da vingerlə maraqlanan klublar sırasındadır.
Qeyd edək ki, Sebastian cari mövsüm "sarı-lacivərtlər"lə 29 oyuna çıxıb, 11 qol vurub, 10 assistə imza atıb. Hazırda "Transfermarkt"də 20 milyon avro dəyəri olan futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ildə bitəcək. \\Offsideplus.az