“Sadəcə özləri üçün ədalət istəyənlər bu gecə yenə hərtərəfli türk futbolunu manipulyasiya etdilər”.
Bu barədə "Qalataray" klubu “X” sosial şəbəkə hesabında məlumat verib. "Biz hakim heyətinin, VAR otağının və 26 kameranın görə bilmədiyini göstəririk. Və onların yerinə utanırıq!”
Qeyd edək ki, Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib. İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb. Matç zamanı İkardi gözündən xəsarət alıb, lakin bununla bağlı penalti təyin olunmayıb.