İngiltərə komandası “Mançester Siti” klublarası dünya çempionatının qalibi olub.
Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. Birinci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.