FİFA prezidenti Canni İnfantino “Ankaragücü”nün prezidenti Faruk Kocanın “Rizespor”la keçirilən oyundan sonra matçın baş hakimi Halil Umut Meleri vurmasına münasibət bildirib.
Sosial şəbəkə hesabında bu barədə paylaşım edib:
“Futbolda zorakılığa nə meydanda yer var, nə də onun sərhədlərindən kənarda. “Ankaragücü” - “Rizespor” matçından sonra meydanda yaşananlar qəbuledilməzdir. Bizim idmanda və futbolda bu cür hadisələrə yer yoxdur.
Rəsmi simalar olmadan futbol yoxdur. Hakimlər, oyunçular, azarkeşlər təhlükəsizlikdə olmalıdırlar ki, hamı oyunlardan zövq alsın. Aidiyyəti qrumları bu tələbləri bütün səviyyələrdə nəzarətdə saxlamağa çağırıram”.
Qeyd edək ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün saxlanılıb.