Türkiyə Superkubokunun keçirilmə yeri və tarixi bəlli olub.
“Qalatasaray” – “Fənərbaxça” matçı dekabrın 30-da Səudiyyə Ərəbistanında baş tutacaq.
Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasser Əl Misehal məlumat verib. Qarşılaşma Riyad Mövsümü çərçivəsində keçiriləcək. Riyad Mövsümü “Vizyon-2030” layihəsinin bir hissəsi kimi təşkil olunan festivaldır. Yasser Əl Misehal Türkiyə Futbol Federasiyası ilə isti münasibətlər olduğunu qeyd edib, Türkiyə və Avropanın iki böyük klubunun oyununu təşkil etməkdəm məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Türkiyə Superkubokunun Bakıda keçirilməsi variantı da gündəmə gəlmişdi. Sonda TFF oyunun Səudiyyə Ərəbistanında təşkilinə qərar verib.