“Milan”ın qapıçısı Mik Menyan onun çıxışlarının çox təhlükəli və qatilsayağı olduğunu deyən “Cenoa”nın prezidenti Alberto Dzanqrillonu tənqid edib.
Fanat.az xəbər verir ki, fikirlərini qolkiper sosial şəbəkə hesabı üzərindən bölüşüb:
“Dzanqrillio, dediklərinin önəmi yoxdur. Oyun zamanı baş verənlər bilərəkdən edilməyib. Hə, xoşagəlməz hadisə yaşana bilərdi, amma bu, heç bir halda qətl deyildi. Sənə uğurlar arzulayıram və ümid edirəm ki, mənim qatil olduğumu heç vaxt görməyəcəksən”.
Xatırladaq ki, İtaliya A seriyasının 8-ci turunda “Milan” səfərdə “Cenoa”nı 1:0 hesabı ilə yenib. Matçın 90+9-cu dəqiqəsində Menyan rəqib komandanın forvardı Kaleb Ekubana qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alıb.