"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba müsbət dopinq testinə görə Turin klubunda ayda 873 min avro əvəzinə 2 min avro alacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Futbolçu daha bir dopinq testindən keçə bilməyib və bu qərar qeyri-müəyyən müddətə uzadılıb. Poqba, həmçinin idman məhkəməsində dopinqdə təqsirli bilinərsə, uzunmüddətli cəza və müqaviləsinə mümkün xitam verilmə təhlükəsi ilə üzləşəcək.
"Yuventus" hələ ki, belə radikal addım atmayıb, ancaq fransalı oyunçuya maaşının azaldılması ilə bağlı məktub göndərib. Qaydalara görə, cəzalı futbolçulardan söhbət gedəndə “Yuventus” Poqbaya yalnız İtaliya Futbolçular Assosiasiyası ilə kollektiv müqavilədə nəzərdə tutulan minimum əmək haqqını ödəməlidir. Bu o deməkdir ki, 30 yaşlı yarımmüdafiəçi ayda 2 min avro alacaq.
Poqbanın Turin təmsilçisi ilə 2026-cı ilin yayına qədər davam edən müqaviləsi ildə təxminən 10,48 milyon avro dəyərindədir. Lakin o, indi bu məbləğin yalnız az bir hissəsini alacaq.