İngiltərə Premyer Liqası: “Liverpul” üç xalı üç qolla qazandı - VİDEO
İngiltərə Premyer Liqasında VI tur davam edir.

Oxu.Az xəbər verir ki, London derbisində “Arsenal” və “Tottenhem” üz-üzə gəliblər. “Topçular”ın meydanında baş tutan matçda qalib müəyyənləşməyib - 2:2.

Hesabı 26-cı dəqiqədə “Arsenal” açıb. Qonaq komandanın müdafiəçisi Kristian Romero avtoqol müəllifi olub. 42-ci dəqiqədə Son Xın Min bərabərliyi təmin edib. 54-cü dəqiqədə Bukayo Saka penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərini yenidən hesabda irəli çıxarıb. Lakin bir dəqiqə sonra Son Xın Min həm özünün, həm də komandasının ikinci qolunu vurub.

Hazırda hər iki komandanın 14 xalı var. Daha yaxşı top fərqinə görə “Tottenhem” dördüncü, “Arsenal” beşincidir.

Londonun digər təmsilçisi “Çelsi” uğursuzluqla üzləşib. “Zadəganlar” doğma meydanda “Aston Villa”ya uduzublar - 0:1. Yeganə qolu 73-cü dəqiqədə Olli Uotkins vurub. “Çelsi” 58-ci dəqiqədən azlıqda oynayıb. Malo Qusto qırmızı vərəqə ilə meydandan qovulub.

Bu məğlubiyyətdən sonra “Çelsi” beş xalla 14-cüdür. Xallarını 12-yə çatdıran “Aston Villa” beşinci pilləyə yüksəlib.

“Liverpul” turu qələbə ilə başa vurub. Mersisayd təmsilçisi doğma azarkeşləri qarşısında “Vest Hem”ə qalib gəlib - 3:1.

Hesabı 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Məhəmməd Salah açıb. Lakin 42-ci dəqiqədə Cerrod Bouen qonaqların bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Darvin Nunyes, 85-ci dəqiqədə Dioqu Jota fərqləniblər və “Liverpul”un qələbəsini rəsmiləşdiriblər.

Bu qalibiyyət sayəsində xallarını 16-ya çatdıran “qırmızılar” ikinci pilləyə yüksəliblər. 10 xalı olan “Vest Hem” yeddinci yerə düşüb.



 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti