PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Dortmund "Borussiya"sı üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Xarici medianın xəbərinə görə, ispan mütəxəssis parisli hücumçu Kilian Mbappeni dünyanın ən yaxşı futbolçusu adlandırıb.
“Mbappe yenə oyunun nəticəsini həll etdi. Mənim üçün o, dünyanın ən yaxşı oyunçusudur. Mən onun texnikasına heyran oldum, amma daha çox insani keyfiyyətlərinə heyran oldum. Soyunub-geyinmə otağımızda belə futbolçunun olması xoşdur. Mbappe bizim liderimizdir və həmişə gülümsəyir”, - Enrike bildirib.
Kilian Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. Keçən yay o, “Real”a getməyə yaxın idi, lakin sonda Paris klubunda oynamağa davam etmək qərarına gəlib. "Borussiya" ilə oyunda penaltini dəqiq yerinə yetirərək qələbə qolunu vuran Mbappe olub.