“Yuventus” 2023/24 mövsümündə avrokuboklarda iştirak etməyəcək.
UEFA Turin komandasını klubların lisenziyalaşdırılması və maliyyə feyr-pley qaydalarını pozduğuna görə cəzalandırmaq qərarına gəlib.
Bununla yanaşı, “Yuventus” 20 milyon avro cərimələnib. Bu məbləğin 10 milyon avrosu şərtidir. Klub cərimənin bu hissəsini yalnız 2023, 2024 və 2025-ci maliyyə illəri üçün hesabatları UEFA tələblərinə cavab vermədiyi halda ödəyəcək. Mənbə: sport24.ru