"Yuventus" "Real"la "Barselona"nı yarıyolda qoyduYaradılıb 14.07.2023 11:23 | Baxış sayı: 162"Yuventus" Super Liqa layihəsindən ayrılıb.Publika.az xəbər verir ki, Turin təmsilçisi saytı vasitəsiylə müvafiq prosedura başladığını açıqlayıb."Yuventus" 2021-ci ilin aprelində Super Liqanın yaradılmasını elan edən 12 klub arasında idi. Turnirin təsisçilərinin çoxu həmin ay layihədən çıxıb.Beləliklə, layihədə təkcə İspaniyanın "Real" və "Barselona" klubları qalıb. Facebook-da paylaş